İtaliya millisinin sabiq futbolçusu Françesko Totti Canluici Buffonun gələcək karyerası haqda məqamlara toxunub.
“İnstagram” sosial şəbəkəsində Fabio Kannavaro ilə birgə canlı yayıma çıxan “Roma”nın əfsanəsi Cicinin planlarından danışıb: “Buffon 50 yaşına qədər futbolda qalmaq istəyir. Amma o, 2-3 mövsüm də oynaya bilər. Nəzərə alaq ki, Canluici “Yuventus”da ehtiyat qapıçıdır”. Xatıraladaq ki, “Yuventus” 42 yaşlı qapıçı ilə müqavilə müddətini daha bir il artırmağa razı olub.